14 may tarixində YAP Sumqayıt şəhər təşkilatında seçicilərimizlə növbəti görüş keçirdik. Vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinlədim, onları maraqlandıran suallara aydınlıq gətirdim. Müraciətlər əsasən məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı idi.
Görüşdə seçicilərin müraciətlərində əksini tapan bəzi məsələləri yerində həll etdim. Digər müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndəriləcək.
Emin Hacıyev
Milli Məclisin deputatı