62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Əminə Ağazadə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində Kürdəmir rayonunun ucqar kəndlərdən olan Mehdili və ətraf kəndlərin sakinləri ilə görüşüb.
Kənd əhalisi Əminə xanımı olduqca səmimi qarşılayıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Görüşdə Əminə Ağazadə qarşıdan gələn 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin əhəmiyyətini xüsusi olaraq vurğulayaraq əhalini bu seçkilərdə aktiv olmağa, layiq bildikləri namizədə səs verməyə çağırıb.