Ərdoğan: ABŞ dəstək versə, buna razı olacağıq

Türkiyə Kabil hava limanının idarəsini üzərinə yalnız ABŞ ona zəruri dəstəyi göstərəcəyi şərtiylə götürməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əfqanıstanda və regionda yeni era başlayır. Hazırda ABŞ Əfqanıstandan qoşunlarını çıxartmaq barədə qərar qəbul edib və onlar istəyirlər ki, Kabil aeroportu fəaliyyətini davam etdirsin. Biz buna pozitiv yanaşırıq və əlbəttə, bununla bağlı diplomatik və logistika məsələlərində bir neçə şərtimiz var. Əgər bizə lazımi dəstək göstərilsə, onda biz Kabil aeroportunun idarəsini üzərimizə götürməklə bağlı düşünə bilərik”, – deyə o bildirib.