Çexiyanın paytaxtı Praqada "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısının kuluarlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makrona Türk Dövlətləri Birliyinə qoşulmağı təklif edib.
Sabahinfo.az bildirir ki, Fransanın dövlət başçısına edilmiş bu zarafatyana təklif Ərdoğanın yanında duran Azərbaycan Prezidenti İlham Əliyevin və Macarıstanın baş naziri Viktor Orbanın gülüşlərinə səbəb olub.