Ərdoğan mədən faciəsinə görə 5 nəfəri işdən çıxardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 gün öncə Ərzincandakı qızıl mədənində baş verən faciəyə görə 5 vəzifəlini işdən çıxarıb. 

Sabahinfo.az xəbər verir ki, Türkiyə liderinin bu barədə qərarları "Rəsmi Qəzet"də dərc edilib. 

Qeyd olunub ki, Energetika və Təbii Sərvətlər Nazirliyindən Türkiyə Kömür Müəssisələri ASC-nin müdir müavini, Baş direktorun faydalı qazıntıların tədqiqi və kəşfiyyatı üzrə müavini və mədənçıxarma və neft işləri üzrə baş direktorun üç müavini vəzifələrindən azad edilib.