Ərdoğan müsəlman ölkələrini həmrəyliyə çağırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üzləşdikləri çətin sınaqlardan uğurla çıxmaq üçün müsəlman ölkələrini həmrəyliyə çağırıb.

Sabahinfo.az xəbər verir ki, dövlət başçısı Prezident iqamətgahında çıxışı zamanı müsəlman dünyasının bu gün çox ciddi sınaqdan keçdiyini bildirib.

Ərdoğan deyib ki, illərdir nümunə kimi göstərilən beynəlxalq təşkilatlar da bu sınaqdan uğurla çıxa bilmir:

"Beynəlxalq təşkilatlar dünyada baş verənlərə reaksiya göstərmir. Bu, onu deməyə əsas verir ki, beynəlxalq hüquq öz yerini cəngəllik qaydalarına verib".