Ərdoğan Netanyahunu Hitlerə bənzədib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Üçüncü Reyxin füreri Adolf Hitlerə bənzədib.

Sabahinfo.az xəbər verir ki, Türkiyə liderinin sözlərini "TRT Haber" telekanalı yayıb.

"Netanyahu, onun bu gün törətdiyi cinayətlər və Hitler arasında 80 il əvvəl nasist Almaniyasında baş verənlər arasında heç bir fərq yoxdur", - deyən Ərdoğan, Qərb ölkələrinin Qəzzada apardığı soyqırım siyasətində İsrailə hər cür göz yumduğunu qeyd edib.