Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə telefon danışı aparıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisinin yaydığı açıqlamada bildirilir.
Qeyd olunur ki, liderlər İran ətrafındakı münaqişənin həlli barədə müzakirə aparıblar.
Ərdoğan münaqişənin həlli səyləri kontekstində Türkiyə ilə Aİ arasında sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıb.