"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin ciddi siyasətçilərdir. Onlar öz sözlərində sadiqdirlər".
Adalet.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov TASS-a müsahibəsində bildirib.
Hər iki liderin öz xalqının mənafeyi üçün çalışdığını qeyd edən Peskov, “Putin və Ərdoğan böyük siyasi təcrübəyə malik çox ciddi siyasi fiqurlardır. Onlar sözünün adamıdırlar. Ən əsası, onlar qarşılıqlı faydalı ikitərəfli münasibətlərin konkret məsələləri ilə məşğul olurlar", - deyib.