Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqda səlahiyyətlərinin iki il müddətinə uzadılması üçün mandatı Türkiyə Böyük Millət Məclisinə (TBMM) ötürüb.
Sabahinfo.az bildirir ki, bu barədə Türkiyənin dövlət kanalı məlumat yayıb.
Qeyd edək ki, Türkiyə ordusunun bu iki dövlətin ərazisində fəaliyyət aparmaqla bağlı hazırki səlahiyyətləri oktyabrın 29-da bitir. Ərdoğan TBMM-dən bu müddəti oktyabrın 30-dan etibarən iki il müddətinə uzatmasını istəyib.
Sənəddə qeyd olunur ki, mandatın müddətinin uzadılması separatçı hərakatlara, terror təhlükəsinə və Türkiyənin milli təhlükəsizliyi üçün bütün növ təhdidlərə qarşı beynəlxalq hüquq çərçivəsində lazımi tədbirlər görmək, eləcə də İraq və Suriyada fəaliyyət göstərən bütün terrorçu təşkilatlar tərəfindən Türkiyəyə hücumların qarşısını almaq üçün zəruridir.
Bu tədbirlərə həmçinin, transsərhəd əməliyyatlarının keçirilməsi də daxildir.