Ərdoğandan Ukrayna açıqlaması: Ümidimizi itirməmişik!

Türkiyə Ukraynada sülhə olan ümidlərini itirməyib.

Sabahinfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə bu mövzuda ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin siqnallarına müsbət yanaşır.