Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Əlcəzair, Livan, İordaniya və İraqın portallarında “Qərbi Azərbaycana qaytımaq amalı ilə yaşayanlar” və “Beynəlxalq ictimaiyyətə mesaj: Azərbaycanlıların öz doğma vətənlərinə, Qərbi Azərbaycana qayıtmaq hüququ təmin edilməlidir” başlıqları ilə məqalə dərc olunub. Məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Qərbi Azərbaycan həqiqətləri” layihəsi çərçivəsində yayımlanıb.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin imzası ilə dərc edilən məqalədə Ermənistanın Qərbi Azərbaycanda və Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə aparması və soyqırımı törətməsi qeyd edilib: “1988-1991-ci illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb. Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailəyə dəymiş ziyan hesablanır. Ümumi olaraq Ermənistandan deportasiya edilmiş 300 mindən artıq azərbaycanlının qayıdış hüququnu beynəlxalq ictimaiyyət bilməlidir”.
Yazıda Prezident İlham Əliyevin 24.12.2022-ci ildə Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə Qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalası ilə bağlı fikirləri yer alıb: “Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar... Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”.
Məqalədə, həmçinin Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan şahid qismində soydaşlarımızın gördükləri faktlar, eləcə də onların xatirələri və Qərbi Azərbaycana qayıtmaq arzularından yazılıb: “Bu gün Qərbi azərbaycanılar öz ata-baba yurdlarına qaytımaq ideyası, arzusu ilə yaşayırlar. Bu, onların təbii, tarixi, insani olaraq qayıdış haqqıdır”.
Yazıda ermənilərin hər zamankı kimi Qərbi azərbaycanlıların öz torpaqlarına hüquqi olaraq qaydışı ilə bağlı qondarma fikirlər yayması vurğulanıb: “Son zamanlar Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bağlı haqlı tələbini, təəssüf ki, Ermənistan rəhbəliyi düzgün alnalaya bilmir. Ermənistan müxtəlif beynəlxalq platformalardan ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikaya son verməlidir. Azərbaycanlılar həm Qərbi Azərbaycanda, həm Qarabağda birgə yaşayışın tərəfdarıdır. Onların öz evlərinə qayıtması insan haqlarının və ədalətin təntənəsi olmaqla bərabər, Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün zəruri bir şərtdir. Beynəlxalq ictimaiyyət bu məsələni bilməlidir. Qərbi azərbaycanlılar öz ata-baba torpaqlarına qayıdaraq dinc yaşamaq istəyirlər. Bu gün Qərbi azərbaycanlıların geriyə qaydışı üçün beynəlxalq ictimaiyyətin dəstəyinə daha çox ehtiyac var”.
Qeyd edək ki, bu məqalə yuxarıda adı keçən ölkələrin portallarının sosial şəbəkə səhifələrində və mobil tətbiqlərində də geniş formada paylaşılıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://ww.kuwaitpress.net/news/1782921/%D8%A3%D9%88%D9%84%D8%A6%D9%83-%D8%A7%D9%84%D8%B0%D9%8A%D9%86-%D9%8A%D8%B9%D9%8A%D8%B4%D9%88%D9%86-%D9%85%D8%B9-%D9%81%D9%83%D8%B1%D8%A9-%D8%A7%D9%84%D8%B9%D9%88%D8%AF%D8%A9-%D8%A5%D9%84%D9%89-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC
https://x.com/DasmanNewsCom/status/1798466903247032796?t=tY0rXQ5aae00F1RHHbJrLQ&s=08
https://q8-press.com/%d8%a3%d9%88%d9%84%d8%a6%d9%83-%d8%a7%d9%84%d8%b0%d9%8a%d9%86-%d9%8a%d8%b9%d9%8a%d8%b4%d9%88%d9%86-%d9%85%d8%b9-%d9%81%d9%83%d8%b1%d8%a9-%d8%a7%d9%84%d8%b9%d9%88%d8%af%d8%a9-%d8%a5%d9%84%d9%89-%d8%a3/
http://nabdapp.com/t/138246145
https://aswaqpress.com/%d8%b4%d9%87%d8%a7%d8%af%d8%a7%d8%aa-%d9%88%d8%a3%d9%85%d9%86%d9%8a%d8%a7%d8%aa-%d8%b9%d9%88%d8%af%d8%a9-%d9%84%d8%a3%d8%ac%d9%8a%d8%a1-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%a5%d9%84/
https://alharir.info/108079-2/
https://almadaeennews.blogspot.com/2024/05/blog-post_95.html?m=1
https://www.agnaden.net/?p=35953