Rusiyanın Perm vilayətinin Bərdə kəndində dəhşətli qətl hadisəsi baş verib.
Ərinin səfərbər olunduğunu bilən qadın əsəb pozuntusu keçirib və 6 yaşlı qızını bıçaqlayaraq öldürüb. Ardınca da özü intihara cəhd edib.
Bu barədə Rusiya Federasiyasının Perm vilayəti üzrə regional İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qadın əri ilə mübahisə edib, 10 il əvvəl kəşfiyyatda xidmət edən ərini səfərbərliyə buraxmaq istəməyib. Sonra qızının otağına girib və 6 yaşlı qızını ürəyindən bıçaqlayıb. Bundan sonra qadın öz həyatına son qoymağa çalışıb.
Uşağı xilas etmək mümkün olmayıb, ana isə xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.
Faktla bağlı cinayət işi açılıb.
Məlumata görə, qadın neft quyusunda qazmaçı işləyən 29 yaşlı əri Raminlə birlikdə yaşayıb. Cütlüyün iki uşağı olub.