“Vətənpərvərlik genetik də ola bilər, amma həyatda daha çox qazanılan əlamətlərdəndir. İnsan yurduna-vuvasına, doğulduğu torpağa bağlı deyilsə, deməli onun milli mənsubiyyətində, kimliyində problemlər var. Doğulduğu torpağın təssübkeşi olmaq hər bir kəsin mənəvi borcudur. Əgər milli maraqları yadların ayağı altına atsan o vətənin nəinki daşı, heç nəyi ola bilməzsən. Bu, bir aksiomadır. Mən hələ onu demirəm ki, fərqi yosdur, mənfi, ya müsbət mənada cəmiyyətdə kifayət qədər tanınan birisi olasan. Belə adamları başa düşmək olmur, xalqına, Vətəninə necə xəyanət edə, maraqlarımızın çeynənməsinə səbəb ola bilərsən?”. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, Azərbaycanı hədəf alanlar təkcə adət etdiyimiz mərkəzlər, dairələr deyil: “Azərbaycanı baltalamaq istəyənlər həm də sapı özümüzdən olan baltalardır. AXCP, Musavat və Milli Şura təmsilçiləri iki gündür ki, şəhid və qazilərimizin adıları ilə manipulyasiya edərək sosial şəbəkələrdə fırtına qoparırlar. Hərbi əməliyyatların nəticələrinə kölgə salmağa çalışırlar, niyə şəhid veririk, deyib bağırırlar. Bununla da antimilli ünsürlər ictimai rəyi çaşdırmağa cəhd edirlər. Hətta Azərbaycanı təcavüzkar adlandırmaqdan da çəkinmirlər. Məntiqi sual yaranır, öz torpaqlarını düşmən hücumundan qorumaq nə vaxtdan təcavüz olub? Haradandır sizdə Azərbaycan düşmənçiliyi, erməni düşüncəsi, psevdodemokrat həvəsi? Sizn dediklərinizlə ermənilərin fikirləri arasında heç bir fərqin olmadığının fərqindəsinizmi? Təəssüf ki, uzun illərdir erməni lobbisinin pulu ilə bəslənən, onların sifarişlərini yerinə yetirən manqurt və marginal müxalifət mənsubları öz kirli və murdar əməllərindən hələ də əl çəkirmirlər. Xüsusilə, AXCP sədri Əli Kərimli və onunla eyni cinahda yer alan Cəmil Həsənli, Tofiq Yaqubov, Qənimət Zahid kimi riyakarlar, habelə xarici ölkələrdə erməni pulu ilə bəslənən satqınlar düşmənin təxribatına uyub onlarla bir olduqlarını hər addımda nümayiş etdirirlər”.