Qafqaz İnstitunun direktoru, politoloq Aleksandr İskəndəryan keçirdiyi mətbuat konfransında bəyan edib ki, Ermənistanda müxalifət yoxdur, ölkəni isə zəif hakimiyyət idarə edir”. Erməni politoloqunun bu fikirlərini "armtoday” saytı yazıb. İskəndəryanın fikrincə, zəif hakimiyyət və müxalifətin yoxluğu həm də zəif legitimliyin göstəricisidir: "Belə olan halda, istənilən radikal ritorika pulla alınır. Heç bir inqilab, dövlət çevrilişi siyasi sistem dəyişikliyinə gətirib çıxarmayacaq. Bax, məsələnin kökü də bundadır. Ermənistan siyasiləri danışanda "facebook”da yazdıqları kimi, parlament təmsilçiləri isə taksi sürücüləri kimi danışırlar".