Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş ehtimalı var.
Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın nüfuzlu "Stratfor" analitik mərkəzinin 2024-cü il üçün proqnozları ilə bağlı dərc etdiyi hesabatda deyilir.
"Ermənistan Qərblə artan siyasi əlaqələrindən və onun hərbi dəstəyindən Bakının tələblərinə qarşı çıxmaq üçün istifadə edəcək, lakin İrəvanın təsir rıçaqlarının az olduğunu nəzərə alsaq, o, Bakının Cənubi Ermənistandan tranzit və sərhədlərin demarkasiyası tələblərini qəbul edəcək.
Eyni zamanda, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər və ticarət əlaqələri yeni səviyyəyə qalxacaq.
Cənubi Qafqazda Şərq-Qərb tranziti əsasən Gürcüstan ərazisindən keçməklə davam edəcək, Bakı isə Rusiyanı İranla birləşdirən Şimal-Cənub infrastrukturunun inkişafına töhfə verəcək", -deyə "Stratfor" analitikləri bildiriblər.