Ermənistan daha nə etməlidir ki, terror dövləti kimi tanınsın?

"Ermənilər daha nə etməlidirlər ki, Avropa onları terrorçu dövlət kimi tanısın?"

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri qeyd edib ki, biz bütün terroru, xüsusilə də erməni terrorunu qətiyyətlə pisləyirik: "Çünki dinc əhaliyə qarşı törədilən hadisələr bütün bəşəriyyətə qarşı cinayətdir. Cinayətkarların da tezliklə tutulmasına və beynəlxalq aləmdə məhkəmə qarşısına çıxarılmasını təmin etməliyik. Avropa siyasətbazları da bu günü gözləyir və bu da çox yaxındadır. Avropadakı bəzi nümayəndələr ermənipərəst mövqe tutub öz arzularını Azərbaycana şər atmaqla bildirirlər. Xocalı, Edilli faciəsi, eləcə də iki il bundan əvvəl Gəncənin dinc sakinlərinin raket atəşinə tutulması terror deyil nədir? Ermənilər daha nə etməlidir ki, Avropada terror dövləti kimi tanınsın?!"