Ermənistan ətrafında çevrə günü-gündən daralır.
Sabahinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
Onun sözlərinə görə, geosiyasi proseslər, regional hadisələr, mövcud təhlükəsizlik mühiti, xüsusən də daxili və xarici təhdidlərin gündən-günə güclənməsi bu çətin vəziyyətdən çıxmaq üçün müzakirələrin aparılmasını zəruri edir: "Ermənistan hakimiyyətinin zamana uyğun olmayan şəkildə formalaşdırdığı siyasət ona gətirib çıxarıb ki, Ermənistan ətrafında çevrə günü-gündən daralır".