“Ermənistan hərbi avantüra və təxribatlardan çəkinməlidir, yoxsa...”

18-19 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, təxribat xarakterli addımlar atıblar.   Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu cür təxribat cəhdlərinin bölgədə gərginliyi artıracağı ilə yanaşı, Ermənistan üçün daha ağır nəticələrə səbəb olacağını bildirib: “Düşünürəm ki,, Ermənistan birmənalı şəkildə hərbi avantüra və təxribatlardan çəkinməli, Azərbaycanın sülh səylərini dəstəkləməlidir. Çünki terror və təxribat siyasətinin davam etdirilməsi sadəcə bölgədəki sülh və sabitliyi ləngitməyəcək. Bu, Ermənistanın özü üçün əsl faciə olacaq. Çünki 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, hec bir cinayət sona qədər cəzasız qalmır. Hər bir cinayətin bir cəzası var. Necə ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanı 30 il ərzində etdiyi cinayətlərə, vəhşiliklərə görə 44 günlük Vətən müharibəsində cəzalandırdı, işğaldakı torpaqlarımızı azad etdi. Ermənilərə hərb meydanında layiqli cavab verərək bütün şəhidlərimizin qisasını aldı. Ordumuz bu tarixi dərsi, tarixi zəfəri ilə işğalçıya başa saldı ki, Azərbaycan onun ərazi bütövlüyünə, suverenliyinə qəsd edilməsinə hec vaxt imkan verməyəcək, bu məsələdə heç kimə güzəşt etməyəcək. Ermənistan yaxın tarixin bu gerçəyini hər an xatırlamalı və təxribat siaysətindən imtina etməlidir”.