Ermənistan Hindistandan “MRSAM” zenit-raket kompleksləri almaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın “IDRW” portalı yayıb.
Məlumata görə, Ermənistan bununla arsenalında olan sovet istehsalı S-125 “Peçora” zenit-raket komplekslərini əvəzləmək istəyir.
Xatırladaq ki, ötən il noyabrında Ermənistanın Hindistandan 155 millimetrlik “ATAGS” adlı yerli istehsal olan haubitsalar (artilleriya sistemləri) alacağı barədə məlumat yayılıb. Müqavilənin dəyərinin 150 milyon dollar təşkil etdiyi məlumdur. Sözügedən sistemlər 3 il ərzində Ermənistana göndəriləcək. Bundan əvvəl, 2022-ci ilin sentyabrında Ermənistanın Hindistanın “Solar Group” şirkəti ilə “Pinaka” adlı reaktiv yaylım atəşi sistemlərinin alışı ilə bağlı müqavilə bağlaması məlum olub. Bu müqavilənin dəyəri isə 250 milyon dollardır. Ermənistan bununla da Hindistandan “Pinaka” sistemlərini alan ilk ölkə olub.