Ermənistan silahlı qüvvələri Tovuz istiqamətindəki mövqelərimizi atəşə tutub - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri  noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Qarşı tərəf cavab atəşi ilə susdurulub.