Ermənistan sülh təkliflərini qəbul etməlidir

İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan Ordusu düşmənin müdafiə sədlərini dağı­da­raq irəlilədi, ilkin qələbələr qazandı. Bu müharibə xalqın müharibəsi idi. Xalqla ordunun birliyi, ordunun döyüş hazırlığı, Ali Baş Komandanın sərkərdəlik qüdrəti döyüşləri qələbəyə yaxınlaş­dı­rır­dı. Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyev xalqa müraiətində demişdi: “Bi­zim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-əda­lət öz yerini tapacaq və Azərbycan öz ərazi bütövlüyünü bərpa edəcək”... Şuşa noyabrın 8-də işğaldan azad edildi, noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı – İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Qələbəsi ilə başa çatdı. Bu Bəyanat Azərbay­ca­­nın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu. Məğlub Emənistan Bəyanatın şərtlərinə mə­həl qoymadan ermənilik (işğalçılıq) niyyətini davam etdirirdi, işğaldan azad olunmuş ərazilərdə yenə müxtəlif miqyaslı təxribatlar törədirdi. İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktla­rı­nı həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə edirdi. Yəni sülhməranlıların nəzarətindən keçirməklə bölgəyə belə minalar da gətirilirdi.. Laçın sərhəd-buraxılış məntəqəsi yaradılana kimi Ermənistandan Azərbaycanın Qarabağ böl­gəsinə qanunsuz ola­raq piyadalar əleyhinə minalar gə­ti­rilir, müxtəlif yerlərdə basdırılırdı. Bu, Ermənistanın mina terroru idi. Həmin vaxtlarda Azrbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi istiqa­mə­tin­də müəyyən tədbirlər görülməkdəydi. Azərbaycan sülh müqaviləsinin imzalanmasını təklif edir­di, Ermənistan bu təkliflərdən müəyyən bəhanələrlə yayınırdı. Yayınmaqla bir sırada təx­ri­bat­larını da davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qrup­lar yaradıldı. Danışıqlar prosesi zamanı müəyyən fasilələrlə atışmalar da olurdu. 2021-ci ilin no­yab­rında sərhəddə ilk silahlı toqquşmalar baş verdi. Müharibə başa çatsa da, Ermənistan məğlub olduğunu etiraf etsə də... 2022-ci ilin sentyabr əməliyyatı ilə Ermənistan silahlı birləşmələrinə məxsus xeyli döyüş tex­nikası, canlı qüvvə məhv edən Azərbaycan silahlı qüvvələrinin hissələri xeyli ərazini də ermə­ni­sizləşdirdi. 2023-cü ilin martında Ermənistanın hələ də Azərbaycanın Qarabağ bölgəsindən çıxart­ma­dı­ğı silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təx­ri­batlar törətdi, aprel və may ayında şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun möv­­qelərini davamlı atəşə tutdu. Azərbaycan ərazisində Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri yerləşdirilmişdi. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular qalmaqdaydı. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın silahsız müharibəsi davam edirdi. Erməbistan Azərbaycana məxsus faydalı qazıntı yataqlarını qey­ri-qanuni istismar edirdi, ekoloji normalara əməl edilmirdi, təbii sərvətlər Ermənistana daşı­nır­dı. Bu vəziyyət Azərbaycanda haqlı narazılıq yaratmışdı. Azərbaycanın bir-sıra vətəndaş cəmiy­yətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirilmişdi. Ermənistan aprelin 22-də Azərbaycan ilə sərhəddə Laçın – Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi yaratmışdı. Bu, müharibənin nəticələrinə də, bağlanmış üçtərəfli Bə­ya­nata da zidd idi və müəyyən mənada, “Burda mənəm, Bağdadda kor xəlifə” iddiası idi. Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət-Buraxılış Mən­tə­qə­si yaradıldı. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra da Azərbaycanın sülh təkliflərini Ermə­nis­tan ikitərəfli münasibətlər üçün düzgün və tarixi təklif kimi dəyərləndirmədi. Əksinə, ermənilik mərkəzi bildiyi Xankəndidə və onun ətrafında silahlı qüvvələrinin sayını artırırdı, ora yeni silahlar çatdırırdı, təxribatlar törədirdi. Bu, Ermənistanın hərbi siyasəti idi, o, Qarabağın dağlıq hissəsində siyasi fəaliyyətini də davam etdirirdi. Zamanında elan etdiyi “Dağlı Qarabağ Respub­li­kası” na prezident də seçimişdi, parlament də yaratmışdı... Ermənistana məxsus silahlı qüvvələr, Ermənstandan idarə edilən silahlı qüvvələr 2023-cü il sentyabrın 19-da bir-biri ilə əlaqələndirilmiş bir neçə genişmiqyaslı hərbi təxribat tərətdi, terror törətmək istədi, hücum etdi. Erməni kəşfiyyat-diversiya qrupları Əhmədbəyli–Füzuli–Şuşa avto­mo­bil yolunda terror məqsədilə əvvəlcədən quraşdırdığı minaları partlatdı, nəticəsində mülki şəxs­lər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu, yaralandı. Hə­min vaxtlarda ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tu­tuldu. Azər­baycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Terror aktı nəticəsində Ağdam və Şuşa şə­hərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı bir­ləş­mələri döyüş mövqelərini gücləndirmiş və bölmələri yüksək döyüş hazırlığına gətirmişdi. Azərbaycan Ordusunun kəşfiyyatçıları bu faktı təsdiqləmişdi. Ermənistanın pozu­culuq fəaliyyə­ti­nin, təxribatlarının qarşısının alınması, üçtərəfli Bəyanatın tələblərinin yerinə yeti­ril­məsi, Azər­bay­can Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarak­terli antiterror tədbirlərinə başlanıldı. Əməliyyat 23 saat 43 dəqiqə davam etdi. Ermənistan silahlı birləşmələrinin hələ bölgədən çıxarılmamış hissələri, Ermənistanın nəzarətində olan silahlı birləşmələr təslim oldu. Lokal xarak­ter­li antiterror tədbirləri sentyabrın 20-də saat 13-də dayandırıldı. Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı Azərbaycanın dövlət suverenliyini tam təmin edildi. Azərbaycanın Zəfər tarixi Xankən­di­də, Xo­calıda, Ağdərədə, Xocavənddə, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bü­töv­lü­yü­­mü­zün tam bərpası ilə yekunlaşdı. Atiterror əməliyyatından sonra da ölkədə fəaliyyət göstərən siyasi partiyalarAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəstəklə­di­yini bəyan etdi. Ölkədə fəaliyyət göstə­rən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Azərbaycan Respublikasının Pre­zi­denti cənab İlham Əliyevin öl­kəmizin ərazi bütövlüyünün və əha­linin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləş­mələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məs­kunlaşan minlərlə soydaşımızın təhlükəsiz­li­yi­nin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ət­ra­fında sıx birləşdiyini bildirdi. Bu Bəyantda qeyd olunur ki, Azərbaycan dövlətinin Er­mənistana doğ­ru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünya­da­kı məkrli havadarlarının Azərbay­ca­na qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbay­can dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması mü­ra­ciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edil­miş­di... Sülh müqaviləsinin imzalanması zərurəti dünyanın nizamı üçün də vacibdir... Tarixi reallıqlar iki dövlət arasında münasibətlərin normallaşmasını tələb edir. Güclü (həm hərbi, həm iqtisadi, həm də siyasi!) Azərbaycanın sülh təkliflərinin şərtləri dünyəvi siyasətlə səs­lə­şir. Ermnistan bu şərtlərlə razılaşmalıdır. Həm də Ermənistanın dövlətçiliyinin qorunması na­mi­nə...

Səbinə XASAYEVA