Ermənistan Respublikasında hökumət var və həmin hökumət bu zalda oturub.
Sabahinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O, separatçı rejimin sonuncu lideri Samvel Şahramanyanın "Artsax" hökumətinin İrəvanda sürgündə olması ilə bağlı açıqlamasını şərh edib: "Qarabağdan köçmüş bəzi qruplar istər-istəməz Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan hərəkət və addımlar atırlar, bəzi hökumətləri mühacirətdə elan edirlər və s. Bəli, Ermənistan Respublikasında hökumət var və bu zalda o hökumət oturub.
Ehtiyac olarsa, müvafiq addımlar atılmalı və müvafiq tədbirlər görülməlidir ki, xarici qüvvələr müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmasın. İstər-istəməz cavab vermək lazımdır. O mesajlarla çıxış edənlərin məsuliyyətlə hərəkət etmək imkanı var idi və biz onların bu fürsətlə nə etdiklərini gördük. Bu cür hərəkətlər hökumət tərəfindən reaksiyasız qala bilməz".
Xatırladaq ki, "Le Figaro"nun mühacirətdə dövlət və hökumət varmı sualına Şahramanyan belə cavab verib: "Bəli, İrəvanda sizi qəbul etdiyim binada Artsax Prezidentinin ofisi və məhkəmə və qanunvericilik strukturlarının ofisləri yerləşir. Parlament üzvləri səs vermək üçün buraya toplaşa bilərlər. Oktyabrda mən fərman imzaladım ki, bütün hökumət nazirləri könüllülük əsasında öz vəzifələrində qalsınlar"./unikal