Ermənistanda zəncirvari qəza: 9 avtomobil toqquşdu

Ermənistanın Ararat vilayətində zəncirvari qəza baş verib.

Sabahinfo.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, İrəvan-Arazdəyən yolunun Marmaraşen kəndi ərazisindən keçən hissəsində BMV, “Mersedes”, “Mitsubişi”, “Opel Zafira”, “Opel Astra”, VAZ 2107, “Nissan Març”, “Lada” və VAZ 2106 markalı avtomobillər toqquşub.

Qəzaya yolun buz bağlaması səbəb olub.

Xəsarət alanlarla bağlı məlumat verilməyib.