"Gec-tez Ermənistan Respublikasının himni dəyişdirilməlidir, o, erməni dilində olmalıdır".
Sabahinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, dövlət himni misilsiz və maksimum erməni musiqisi ilə əvəz etmək lazımdır. Simonyan gerbin dəyişdirilməsi məsələsini də müzakirə etməyin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Ermənistan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət himni olan musiqi 1 iyul 1991-ci ildə yenidən təsdiq olunub.