Mayasında xəyanət, satqınlıq olan bir milləti düz yola vadar etmək, çirkin əməllərdən çəkindirmək çox çətindir. Ermənilərin timsalında tarix bunu sübut edib. Dünyanın bir çox mütəfəkkirləri, siyasətçiləri ermənilərin oğru, həqiqətən də dönük, yalançı, xəyanətkar, zalım olduqlarını dönə-dönə dilə gətirib, onların nadanlığını, dosta arxadan zərbə vurduqlarını göstəriblər. Azərbaycanlılar, türklər də bu xəyanətlərin ağrılarını zaman-zaman yaşayıblar və bu gün də həmin xəyanətkarlarla üz-üzədirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib.
“Ermənilər bir əsrdən çoxdur ki, qondarma erməni soyqırımı ilə Türkiyəni mühakimə etməkdədirlər. Halbuki onlar keçən əsrin əvvəllərində türk xalqına qarşı xəyanət yolunu tutub, soyqırımı törədiblər. Ermənilər tarixi torpaqlarımızda özlərinə dövlət yaradıb, azərbaycanlıların başına isə uzun illər müsibətlər gətirib, torpaqlarımızı 30 il işğal altında saxlayaraq şəhər və kəndləri, mədəni-dini, tarixi abidələrimizi tamamilə məhv ediblər. Qoynunda qonaq kimi yer verdiyi, süfrəsinin başında oturdulan ermənilərdən illər boyu xəyanət görən, təcavüzə məruz qalan azərbaycanlıların çəkdikləri əzab-əziyyətlər ölçüyəgəlməzdir”, - deyə T.Rzayev bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, nəinki Azərbaycan, ermənilərə dövlət quran, onları daim himayə edən, qoruyan, yedizdirən, qayğılarını çəkən Rusiya da bu gün erməni xəyanətinin burulğanındadır. Öz “ağa”larını düşmən, dönük gözündə görən ermənilər ruslara qarşı ən çirkin əməllər törədir ki, bu da böyük xəyanətdir. Nikol Paşinyan hakimiyyəti anti-Rusiya təbliğatını gücləndirməklə Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq, Qərbi regiona gətirmək siyasətini davam etdirməkdədir. Ermənistan onu bəsləyən Rusiyaya açıq-aydın xəyanət yolunu tutub və ruslara meydan oxumaqdadır. İş o yerə çatıb ki, bu günlərdə Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə qərarını konstitusiyaya uyğun hesab edib. Bununla da Putinin Ermənistana səfərinin qarşısına sədd çəkilib. Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tanıması Rusiyaya ən böyük xəyanətdir. Bu, Vladimir Putinə ən böyük hörmətsizlik olmaqla, ruslara nifrət, etinadsızlıq və dönüklükdür. N.Paşinyan Putini satmaqla kəskin nifrətini bir daha ifadə edib Qərbin etimadını qazanmaq fikrindədir. Əlbəttə, bu fikir, təşəbbüs Rusiyanın maraqlarına, mənafeyinə tamamilə ziddir və gələcək üçün yaxşı heç nə vəd etmir. Rusiya hakimiyyəti Ermənistanın hərəkətlərinə göz yummaqla, ciddi əhəmiyyət verməməklə Cənubi Qafqazda dayaqlarını itirməkdə, ən əsası isə nüfuzdan düşməkdədir. Xəyanətin cavabı mütləq verilməlidir, dönük cəzalandırılmalıdır. Bu qədər səbir etmək, arxadan sancılan xəncərin ağrılarına dözmək, xəyanətkara imkan yaratmaq siyasətdə uduzmaq, itirməkdir. Rusiya hadisələri, gedişləri, xəyanətləri obyektiv qiymətləndirməlidir.