“Ermənistanın bir dövlət olaraq xilası Azərbaycanın sülhlə bağlı tələblərini yerinə yetirməkdən keçir”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Mahir Abbaszadə bildirib. Millət vəkili qeyd edib ki, Münhen Təhlükəsizlik Konfransında Fransanın İrəvanla sərgilədiyi həmrəylik Ermənistanı düşdüyü ağır böhrandan xilas etməyəcək: “Ümumiyyətlə, nə Fransa, nə də digər bir dövlət Ermənistanı düşdüyü ağır böhrandan xilas edə bilməz. Odur ki, Münhen Təhlükəsizlik Konfransında Fransanın Ermənistanla sərgilədiyi həmrəylik, ona verdiyi dəstəyin praktiki baxımdan heç bir önəmi yoxdur. Nə qədər ki, Ermənistan Azərbaycanın sülh sazişi ilə bağlı tələblərini yerinə yetirməyib, ölkəmizə qarşı terror və təxribat siyasətindən imtina etməyib, onun bir dövlət kimi tənəzzülü davam edəcək.
Ermənistanın yeganə xilası Azərbaycana sülh sazişi imzalamaq, ölkəmizlə, normal münsibətlərə nail olmaqdır. Yalnız bu halda Ermənistan Azərbaycanın moderatorluğu ilə reallaşan regional iqtisadi layihələrdən faydalana, ağır iqtisadi durumunu yaxşılaşdıra bilər. Qalan bütün hallarda Ermənistan fəlakətə məhkumdur və onu bu aqibətdir heç bir güc, heç bir dövlət xilas edə bilməz”.