İran Parlamentinin deputatlarının bəyanatı İranın mövcud rejiminin dindən ancaq siyasi və çirkin məqsədlərinə çatmaq üçün istifadə etdiyi açıq aydın görünür. Eyni zamanda o da bəlli olur ki, İran öz anti-Azərbaycan siyasətinin İslam Təşkilatından dəstək almaq istəyir. Amma İran 30 il ərzində İslam Təşkilatı Ermənistanın işğalçılıq əməllərinə və qəbul etdiyi qərarlara biganə yanaşıb. Sual olunur niyə o zaman İran deputatlarının yadına İslam həmrəyliyi düşmürdü? Əksinə terora dəstək verməkdə gizli ya açıq şəkildə davam edirlər .Cavabı aydındır, çünki İranla Ermənistanın tarixi bacılıq andları var...
İran parlamentinin deputatlarının bəyanatından sonra ən çox müzakirə olunan məsələlərdən biri İran- Azərbaycan müharibəsi ola bilərmi ? Düşünürəm ki , İranın bu bəyanatı göstərişə hesablanıb. Bunun sözdən əmələ keçməsi mümkün deyil. Necə deyərlər tez alışıb tez də sönəcəklər. Çünki İran da 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünü, nəyə qadir olduğunu gördü. O cümlədən dünya dövlətləri də. O qalibiyyətdən sonra yeni düzən formalaşdı. Azərbaycan masada söz sahibinə çevrildi . Azərbaycanın güclü müttəfiqləri oldu. Xüsusən qardaş Türkiyəni vurğulamaq istərdim. Biz həm də Türkiyə ilə hərbi müttəfiqik. Əgər İran Azərbaycana münasibətdə hərbi güc tətbiqini reallaşdırarsa, bu onlar üçün fəlakətlə nəticələnər. İran unutmamalıdır ki, bu ölkənin vətəndaşı olan 35 - 40 milyonluq soydaşımız var. Azərbaycan 5 - ci nəsil silahlarla silahlanmış dövlətdir. Eyni zamanda Tarixi Zəfərə imza atmış dövlətdir. İran uşaq kimi odla oynayır, əlləri odda yananda Azərbaycana qarşı tarixi səhfini anlayacaq!
Leyla Allahverdiyeva
SABAHİNFO.AZ saytının xüsusi müxbiri