"Səssiz Dünya" işarət dilində danışan əlillərə və idmançılara dəstək İctimai Birliyi layihəyə başladı

Bakı şəhərində olan eşitmə və nitq məhdudiyyətli uşaqlarla bağlı layihə həyata keçiriləcək.  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Səssiz Dünya" işarət dilində danışan əlillərə və idmançılara dəstək" İctimai Birliyi tərəfindən “Eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” adlı layihə barəsində məlumat verən təşkilat sədri Aida Səfərova deyib ki, məqsəd Bakı şəhərində olan eşitmə və nitq məhdudiyyətli uşaqları Zəfər tarixi ilə bağlı məlumatlandırmaq, onlara bu Şanlı tarixi aşılamaqdan ibarətdir. Aida Səfərova layihənin ideyası barəsində ətraflı məlumat verib:  “2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu şanlı tarix barəsində nəinki indiki nəsil bundan sonrakı nəsil də danışacaq. Dillərdə əzbər olacaq Zəfərimizin təbliği ilə bağlı davamlı işlər görülür. Kitablar yazılır, mədəni tədbirlər təşkil edilir.... Təşkilat olaraq eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün Şanlı Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin keçirilməsi, bu zəfərlə bağlı sözügedən kateqoriyaya aid arasında təbliğat aparmağa qərar verdik.  Bunun üçün Zəfər tarixini özündə əks etdirən tamaşa səhnələşdiriləcək. Bu tamaşanın Tamaşanın Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 və 2 nömrəli respublika xüsusi internat məktəblərində nitq və eşitmə məhdudiyyətli uşaqlar üçün primierası həyata keçiriləcək”.

Onun sözlərinə görə,  səhnələşdirilən tamaşa 200 ədəd diskə yazılacaq və təqdimatı keçirilən məktəbdə uşaqlara pulsuz paylanacaq. Bununla yanaşı 200 ədəd surdo tərcü kitabı çap olunaraq uşaqlar arasında paylanacaq.