Əsrə bərabər ömür 

Yevlax Şəhər Yevlax İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlax sektorunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Qoyunbinəsi kənd tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ümumrayon məktəbliləri arasında “ Əsrə bərabər ömür” adlı intellektual yarış keçirilib. 
Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. 
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirdi ki, Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Azərbaycan xalqının maraqları naminə bütün mənalı ömrünü və yüksək səviyyəli xidməti fəaliyyətini həyata keçirən Ulu Öndər Heydər Əliyev Azərbaycanın qurtuluşuna imza atmış bənzərsiz Liderdir. Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib, müstəqil dövlət kimi yenidən quran bu dahi şəxsiyyət hər zaman Azərbaycan xalqının qəlbində xüsusi ehtiramla anılacaqdır. Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Azərbaycan və Heydər Əliyevin adı daim bütün dünyada qoşa səslənəcəkdir. Bilik yarışmasının iştirakçılarına uğurlar arzulayan yerli təşkilatın sədri vurğulayıb ki, Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında qeyd edib ki, möhtərəm Prezidentin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bu münasibətlə ölkəmizin bütün bölgələrində olduğu kimi Yevlaxda da mötəbər tədbirlər, idman və bilik yarışları, konfranslar və seminarlar təşkil edilir. Çoxları bizə qibtə edir ki, dahi Heydər Əliyev kimi milli liderimiz var. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz Ulu Öndərinin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.Müstəqil Azərbaycan dövlətini yaradan, onu böyük inkişaf yoluna çıxarmaqla dünya səviyyəsində tanıdan şəxsiyyətin-dahi  Heydər Əliyevin siyasəti bu gün də Azərbaycanda yaşayır və qalib gəlir. Bu müdrik siyasətin ən layiqli davamçısı, Azərbaycan xalqının iradəsini ifadə edən Ölkə Prezidenti cənab İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının Lideridir. Möhtərəm Prezidentin həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət bir daha onu göstərir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları keçmişdə olduğu kimi bu gündə yaşayır və gələcəkdə də yaşayacaqdır. 
Daha sonra tədbirdə çıxış edənlər Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, GİKM-ın Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən geniş bəhs edərək,vurğulayıblar ki, dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hər zaman politoloqların, filosofların, tarixçilərin və müxtəlif profilli tədqiqatçıların daim diqqət mərkəzində olacaqdır. Qeyd edilib ki, dahi Heydər Əliyev Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır.
Məktəblilər arasında keçirilən intellektual bilik yarışması gərgin və maraqlı şəraitdə keçib. “Əsrə bərabər ömür” adlı intellektual bilik yarışmasında Yevlax şəhər 2№-li tam orta məktəbin komandası 1-ci yeri, Yevlax rayon Qoyunbinəsi kənd tam orta məktəbin komandası 2-ci yeri, Yevlax rayon Hürüuşağı kənd tam orta məktəbin komandası 3-cü yeri, Yevlax rayon Gülövşə kənd tam orta məktəbin komandası isə 4-cü yeri tutub. 
Sonda qalib komandaya YAP Yevlax rayon təşkilatının kubok və fəxri fərmanı, 2,3 və 4-cü yerlərin qaliblərinə fəxri fərmanları və  1-ci yerin qaliblərinə GİKM-ın Yevlax nümayəndəliyinin hədiyələri təqdim edilib.