Evdə gənc oğlanın meyiti tapıldı

Sabunçu rayonunda 21 yaşlı oğlan evində ölü tapılıb.

Sabahinfo.az xəbər verir ki, Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsində yaşayan, 2002-ci il təvəllüdlü Emin Əminovun eyvandan asılmış meyiti aşkarlanıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.