Bakıda evdən 17 min manat dəyərində qızıl oğurlanıb.
Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, paytaxtın Xətai rayonu ərazisində mənzillərin birindən 17 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikəri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.