"Facebook" Rusiya ilə bağlı qərar verdi

“Instagram” və “Facebook” sosial media platformalarının ana şirkəti olan “Meta” Ukrayna müharibəsini dəstəkləyən ruslara və müharibədə iştirak edən rus əsgərlərinə qarşı zorakılıq mesajlarına icazə vermək üçün qaydalarını dəyişib.

Sabahinfo.az  xəbər verir ki, Meta Kommunikasiya Direktoru Endi Stoun verdiyi yazılı açıqlamada, "Rusiyanın Ukraynaya təcavüzü nəticəsində "Rus işğalçılarına ölüm" kimi normal qaydalarımızı pozacaq zorakı siyasi ifadə formalarına müvəqqəti icazə veririk", -  deyib. 

Digər tərəfdən, “Washington Post”un xəbərinə görə, Meta Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya prezidenti Vladimir Putinə “ölüm” çağıran məzmuna da icazə verəcək.

Bundan əlavə, Ukrayna işğalını dəstəkləyən rusları hədəf alan məzmun bir müddət bloklanmayacaq.

Qeyd edək ki, Rusiyada "Facebook" və "Twitter" olmaqla bir çox sosial media platformalarının istifadəsi bloklanıb.