Feyruz Hacılının il mərasimində yad edilib

Yasamal rayonunun ictimaiyyəti 44 günlük Vətən Müharibəsinin şəhidi Feyruz Hacılının il mərasimində yad edib. Şəhid əsgərin Yasamal rayonunda yerləşən II Fəxri Xiyabandakı məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı önünə güllər qoyulub. Mərasimdə şəhid hərbi qulluqçunun keçdiyi cəsur döyüş yolu barədə danışılıb. Feyruz Hacılı Vətən müharibəsində qəhrəmanlıq göstərib və “Vətən uğrunda”,"Cəbrayılın azad olunması uğrunda" və "Füzulinin azad olunması uğrunda" medalları ilə təltif edilib. ALLAH bütün şəhidlərimizə rəhmət eləsin,doğmalarına və xalqımıza səbr, qazilərimizə şəfa versin.