"MÜASİR BALAXANI CƏNAB PREZİDENTİN ƏMƏYİ SAYƏSİNDƏ MEMARLIQ ABİDƏSİNƏ ÇEVRİLİB"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən gün Bakının Sabunçu rayon Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Balaxanı qəsəbəsində aparılan abadlıq işləri barədə məlumat verilib.Qeyd olunub ki, burada görülən işlər qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Qəsəbədəki Mirzə Ələkbər Sabir adına park da bərpa olunub. Ölkə prezidentinə məlumat verilib ki, Balaxanıdakı Şah Səfi karvansarayı 1635-1636-cı illərdə inşa olunub. Bu tarixi abidə yerli əhəng daşı materiallarından tikilib və əhali arasında Xacə Ruhulla imarəti kimi tanınıb.Ölkə prezidentin Balaxanıda görülən işlər və qəsəbə ərazində həyata keçirilən ekoloji vəziyyərlə bağlı fikirlərini bölüşən Sabunçu rayonundan millət vəkili seçilən Əliabbas Salahzadə qeyd edib ki, Balaxanı Bakının ən qədim yaşayış yerlərindən biridir.

XX əsrin əvvəllərindəki neft bumuna qədər Balaxanı Böyük İpək Yolunun üstündə yerləşdiyindən strateji mövqeyə sahib olub.. Uzun əsrlər boyu bu yer Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub: "Hörmətli Prezidentimiz Cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevayanın qəsəbəmizə gəlişi Balaxanı əhalisi üçün böyük bir hadisədir. Bildiyiniz kimi dövlətimizin başçısına,eyni zamanda birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya qəsəbədəki Hacı Şəhla Məscidi və Şakir ağa türbəsinin bərpası barədə də geniş məlumat verildi.Qeyd edim ki, Hacı Şəhla Məscidi XIV əsr memarlıq abidəsidir. Şakir ağa türbəsi Balaxanı abidələrinin ən qiymətlilərindən hesab olunur.Qəsəbədəki Ovdan XIV əsrdə inşa olunub. Ovdanın mənbəyindən su götürmək üçün 40 pilləkən aşağı enmək lazımdır. Keçmişdə ovdan vasitəsilə Balaxanının içməli suya olan tələbatı ödənilib.Bundan başqa Balaxanının "Qum hamamı” bir-biri ilə əlaqəli 3 hissədən ibarətdir. Bu hamam da qəsəbənin tarixi tikililərindən hesab olunur. Onun inşası XIV əsrə təsadüf edir.Bir məsələni də diqqətinizə çatdırım ki, Balaxanı qəsəbəsində vaxtilə 18 hamam olub. Demək olar ki, hər məhəllədə hamam inşa edilib və onlar həm adlarına, həm də memarlıq üslubuna görə bir-birindən fərqlənib".Əliabbas Salahzadə vurğulayıb ki,Bakı və ətraf kənd və qəsəbələrinin abadlaşdırılması ilə bağlı ölkə başçısının bir neçə ol öncə imzaladığı sərəncamın icrası uğurlu şəkildə həyata keçirilir: "Bu fərmandan irəli gələn işlərdən biri də məhz Sabunçu rayonun kənd və qəsəbələrinin abadlaşdırılmasıdır. Demək olar ki,Balaxanı abadlaşdırılaraq yeni bir memarlıq abidəsinə çevrilən ilk qəsəbələrdən biri oldu. Balaxanının yeni siması bu qədim qəsəbəsnin artıq yeni turizm marşrutu kimi dətəsdiqləmiş oldu.Abadlaşmadan sonra qəsəbədə yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək sahələr formalaşıb. Son zamanlar çoxsaylı internet səhifələrində və sosial media platformalarında Balaxanı qəsəbəsi ilə bağlı yayılan fotolar İtaliyanın məşhur "Si Viaggia” səyahət portalının diqqətini beləcəlb edib. Portalda "Turistləri və bloggerləri heyran edən Azərbaycan qəsəbəsi” adlı yazı da dərc olunub. Onu da deyim ki,abadlıq prosesi həm də yerli sakinlər üçün yeni iş yerləri deməkdir. Prosesdə iştirak edənlərin 70 faizi məhz yerli sakinlərdən ibarət olub".Millət vəkili qeyd edib ki,Prezident İlhamƏliyev və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın sakinlərlə görüşü qəsəbə insanlarının uzun illər xatirəsində canlanacaq: "Cənab prezidentin sakinlərlə görüşündə Balaxanı kəndinin yeni dövrünün başladığını qeyd etməsi, hər bir Balaxanı sakinini sevindirdiyi kimi,eyni zamanda Sabunçu rayon içtimayyətin də sevindirdi. Bu Cənab prezidentinBalaxanıya xüsusi diqqətinin və qayğısının nəticəsidir ki,rayonumuzda belə gözəl,hər bir insanda xoş abu-hava yaradan qəsəbəmiz var". Əliabbas Salahzada vurğuladı ki, məhz prezident İlham Əliyevin birbaşa nəzarəti altında bütün işlər görülüb.Quruculuq,abadlıq işləri həyata keçirilən zaman təkcə inşaat işləri ilə bağlı deyil,eyni zamanda da Balaxanının ekoloji xəritəsi də yenilənmiş oldu: "Balaxanı zibilliyinin aradan qaldırılması,ərazinin təmizlənməsi,burda zibil emalı zavodun inşaası sayəsində Balaxanı təmiz və ekoloji baxımdan ən təmiz bir qəsəbəyə çevirilib.Bütün bunlara görə,Cənab prezidentə dərin təşəkkürümü bildirirəm.İndi Balaxanıya qədəm qoyan hər bir insan bu qəsəbəyə heyran olur.Bayaq qeyd etdiyim kimi artıq xarici turizim dərgiləri Balaxanıdan bəhs edir.Bu görülən işlərin və böyük bir əməyin nəticəsində baş verib.Əlbət də bu işlərin memarı da dövlət başçımızdı.Əminəm ki,bundan sonra Bakımızın digər kənd və qəsəbələri Balaxanı kimi öz simasın dəyişərək həm öz vətəndaşlarımızın,eyni zamanda ölkəmizə gələn turistlərin marağına səbəb olacaq bir memarlıq abisinə çevriləcəkdir".

Vətəninfo.az