"Vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, ölkə başçısının yanındayıq"

"Mərhəmət” Kimsəsizlərə Yardım ictimai Birliyinin​ sədri İradə Polad​ belə deyib, İlham Əliyev subut etdi ki, məmurlar sadə vətəndaşlar kimi qanun qarşısında bərabərdir.
​Respublikamızda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olundu.
Nazirlər Kabineti yanında Operativ Qərərgah son günlər ölkəmizdə virusa yoluxma hallarının və həyatını itirənlərin sayının azalmasını qeyd etdilər. Sağalanların sayı müsbət nəticə verdi. Avqust ayının 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etdildi. Ancaq (COVİD-19) koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin keçirilməsi, o cümlədən yas mərasimi və toy ənliklərinin​ keçirilməsinə qoyulan qadağalar qüvvədə saxlanıldı. Buna baxmayaraq, çox təəssüflər olsun ki, koronavirusun ilk effektiv peyvəndi tapılmayana qədər, qoyulmuş qadağalara əməl etməli olduğumuz halda, özündən razı olan​ yüksək vəzifəli məmurlar​ karantin qaydalarını pozaraq istədikləri kimi toy mərasimləri keçirdilər.demək olarki, bu da cəmiyyətdə birmənalı qarşılanmadı, insanlar öz fikirlərini bildirərək, haqlı olduqlarını bəyan etdilər.
Bu gün ölkə başçısı İlham Əliyev vətəndaşlarının sağlamlığını qorumaq məqsədilə müvafiq tədbirlər həyata keçirir və aidiyyatı qurumlara göstəriş verir. Bunla yanaşı, Cənab Prezident​ məsələni daim diqqətində saxlayır və həssaslıq göstərir. Lakin bəzi məmurlar, öz səlahiyyətlərindən sui-istiafə edib, qanunları pozur. Onlar bu əməllərilə ölkə başısının fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır.
Bu gün həmin şəxslərin , qanun qarşısına çıxarılması,cəzalandırılması onu sübut etdi ki, ölkəmizdə heç kim qanundan qaça bilməz, qanun qarşısında hər bir vətəndaş kimi milət vəkili ,alim,professor,akademik,məmur,​ qanun qarşısında​ eyni cavab verməli ,etdiklərinə görə cəzalandırılmalıdır.Hər kəs öz vəzifəsinin məsuliyyətini bilməli,dövlətinə sədaqətlə xidmət etməli,verilən tapşırıqlara əməl etməlidir. Bu gün bu şəxslərin cəzalandırılması ​ göstərdi ki, İlham Əliyev ölkədə qanunlarların icrasının əsas təminatçisi, vətəndaş hüquqlarının müdafiəçidir. Bir sözlə İlham Əliyev subut etdi ki, məmurlar sadə vətəndaşlar kimi qanun qarşısında bərabərdir. Dövətin qoyduğu qanunu pozan hər kəs mütləq cəzalandırılmalıdır!
Biz vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, Ölkə Başçısının yanındayıq və hər zaman onun yolunda olaycayıq.