"Araz” supermarketlər şəbəkəsi Dövlət Gömrük Komitəsinin tərtib etdiyi inzibati protokol məsələsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
"Araz” supermarketlər şəbəkəsinin PR meneceri Billurə ƏmirovaOxu.Az-a açıqlamasında bildirib ki, gömrük orqanları tərəfindən Qısa İdxal Bəyannamələrinin olmamasına görə tətbiq olunan inzibati protokol cərimələrinin yazılması qanunvericiliyə uyğun olaraq aparılan normal bir prosesdir:
"Beləprotokollar gün ərzində onlarla şirkətə tətbiq olunur. Qeyd edilən pozuntu halı "Araz” supermarketlər şəbəkəsinin əməkdaşlıq etdiyi Türkiyə fabriklərindən birinə aiddir. Qısa idxal üçün fabrik vaxtında müraciət etmədiyindən 1500 AZN cərimə tətbiq olunub. Həmin məbləği sənədləri gec göndərdiyi üçün fabrik qarşılayacaq”.
7 iyul, 11:05
Dövlət Gömrük Komitəsi "Araz Supermarket” MMC barədə inzibati protokol tərtib edib.
Reportxəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasəntərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, "Araz Supermarket” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir.