Azərbaycanda daha bir məmur pandemiya dönəmində övladına nişan mərasimi keçirib.
Ölkə.Az-ın məlumata görə, Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovanın nişan mərasimi olub.
Mərasim iyulun 9-da Ağdam rayonu Quzanlı qəsəbəsində baş tutub. Bildirilir ki, nişan mərasimində rayonun icra hakimiyyətinin yüksək vəzifəli şəxsləri iştirak edib.
Sadəcə, onlar üçün digər otaqda xüsusi masa açıldığından həmingörüntülərdə yoxdurlar.
Mərasim 30-dan artıq şəxsin iştirakı ilə keçirilib.
Mehparə Əzizova Fəzəməli Nurlan Muradxan oğlu adlı şəxslə nişanlanıb.
Qeyd edək ki, Fəzəməli Nurlan adlı şəxs Ağdam Rayon İcra Hakimiyyətinin işçisidir.