Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimi, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Mahir Mehdi oğlu ilə Yol Patrul Xidmətinin əməkdaşı arasındakı münaqişə haqqında xəbər vermişdik.
Həkim Mahir Əliyev məsələ ilə bağlı növbəti video müraciət ünvanlayıb.
O bildirib ki, şikayətindən sonra DİN tərəfindən müvafiq reaksiya verilib.
Həkim həmçinin qeyd edib ki, onun müraciəti yanlış yerlərə çəkilib: "Mənim şikayətim konkret şəxsə aid idi. Yenə xüsusi vurğulamaq istəyirəm ki, bunun bütün polislərə aidiyyəti yoxdur. Azərbaycan polisi Azərbaycan xalqının təhlükəsizliyini qoruyur”.
Ətraflı videoda: