Cavanşir Feyziyev: "Avromed şirkəti ilə heç bir əlaqəm yoxdur"

Vaxtilə Eldar Mahmudovun yaratdığı və onun çetesinə xidmət edən AFN.az və Yenigundem.az saytlarında növbəti dəfə mənim adımı dərman preparatları ilə bağlı hallandırıblar. Guya Avromed Koronavirus müalicəsi üçün istifadə olunan bəzi dərmanları yalnız öz apteklərinə verir. 

 Karlar, korlar və bir sıra reket saytları idarə edən dələduzlar üçün bir daha təkrar etməyə məcburam: Birincisi, mən 2010- cu il dekabrın 1-dək Avromedin Direktoru olmuşam. İndi isə 2020- ci ildir. İkincisi, 2016- cı ildə səhmlərin mənə məxsus olan hissəsini satmışam və mənim Avromed şirkəti ilə heç bir əlaqəm yoxdur. Üçüncüsü, koronavirusa qarşı dərman preparatları vitamin deyil ki, aptekdə satılsın.

 Bu dərmanlar ancaq koronavirusun müalicəsi ilə məşğul olan xüsusi xəstəxanalara TƏBİB tərəfindən verilə bilər. Kimsə bu dərmanları əldə edib öz aptekində satmaq istəyirsə, deməli möhtəkirlik etmək istəyir.

Cavanşir Feyziyev,
Milli Məclisin deputatı