Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə "Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sabahinfo.az-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis” fəxri adı verilsin

Abbasov Şəmsəddin Mustafa oğlu

Osmanov Mikayıl İdris oğlu".