Gürcüstan Parlamentinə və Acarıstan Muxtar RespublikasınınAli Şurasına seçkilər oktyabrın 31-də keçiriləcək.
"Sputnik”in məlumatına görə, müvafiq fərman Gürcüstan Prezidenti Salome Zurabişvili tərəfindən imzalanıb.
"Bu seçkilər bizim üçün xüsusi əhəmiyyət daşıyır və demokratiyamızı bir daha təsdiqləməlidir”, - deyə Gürcüstan prezidenti bildirib.
Bu dəfə parlament seçkiləri yeni qarışıq sistemdə keçiriləcək - proporsional sistemə görə 120, majoritar sistemə görə 30 millət vəkili seçiləcək.