İltizam Yusifov: “Türkiyə ictimayyətinə sonsuz təşəkkür edirik”

"Türkiyə Böyük Millət Məclisinin sədriMustafa Şentopun ölkəmizə səfəri Türkiyənin Azərbaycanın haqq işində daim yanında olduğunu, bu yolda bizi tək qoymadığının bariz nümunəsidir”. Bunu Milli Məclisin deputatı İltizam Yusifov TBMM sədri Mustafa Şentopun Azərbaycana səfərini dəyərləndirərkən deyib. Onun sözlərinə görə, Türkiyə hər zaman Dağlıq Qarabağ məsələsində vahid mövqedən çıxış edib və bu mövqe bugün də dəyişməz olaraq qalır.Türkiyə münaqişənin yarandığı ilk gündən Azərbaycanın haqq işinə dəstək verib. Ermənistanla sərhədlərini bağlayıb. Eyni zamanda Ərdoğan dəfələrlə beynəlxalq tribunalarda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində həll olunmasını dilə gətirib. Beynəlxalq ictimayyətdən bunu tələb edib. İndi də cəbhədə baş verən hadisələrin fonunda Türkiyə Azərbaycanın haqq işinin dəstəklənməsində əlindən gələni əsirgəmir. Mustafa Şəntop da Milli Məclisdə çıxışı zamanı bu məsələni xüsusi vurğuladı.Qeyd etdi ki, nə Azərbaycan 30 il əvvəlki Azərbaycandır, nə Türkiyə, nə də dünya 30 il öncəki dünyadır. Biz birlikdə səsimizin nə qədər gur olduğunu dünyaya bəyan edəcəyik. Biz hər zaman haqdan, həqiqətdən, sülhdən yanayıq. Biz Azərbaycanı dəstəkləyəcəyik. Biz zəfərə qədər Azərbaycan necə istəyirsə, o cür də Azərbaycanın yanında olacağıq. Üçrəngli bayraq Qarabağda dalğalanacaq. Qarabağ Azərbaycandır!

İltizam Yusifov onu da bildirib ki, əgər münaqişəyə üçüncü dövlət cəlb olunarsa Türkiyə birmənalı şəkildə bütün imkanlarından istifadə edib Azərbaycanı hər zaman olduğu kimi yenə dəstəkləyəcək: "Tarixə nəzər salanda Türk ordusunun Azərbaycanı istiqlal savaşında yalnız buraxmadığına dair kifayyət qədər faktlar var. Nuru Paşanın rəhbərli ilə həyata keçirilən əməliyyatlar nəticəsində Bakımız hələ o zaman düşmən işğalından azad olunub. İndiki məqamda daTürkiyə Azərbaycanın haqq işini dəstəkləyən və sona qədər bu yolda yanımızda olan ölkədir. Bu baxımdan başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bu işdə bizə dəstək olan türk diplomatlarına, türk jurnalistlərə və ümumiyyətlə Türkiyə ictimayyətinə təşəkkür edirik.