"Jurnalistlər binası”nda koronavirusa yoluxma qeydə alınıb.
Demokrat.az-ın məlumatına görə, infeksiya binanın "A”blokunda yaşayan sakində aşkarlanıb.
Səhər saatlarında həmin şəxsinvirusa yoluxduğu məlum olub və əraziyə nəzarət gücləndirilib.
Binada məskunlaşanlar Demokrat.az-a bildiriblər ki, "Azərtac”ın jurnalistinə məxsus mənzildə bir nəfər koronavirusa yoluxub.
Məlumata görə, agentliyin əməkdaşı ona məxsus olan mənzili kirayə verib.
13:02
Bakının Bibiheybət qəsəbəsində yerləşən ikinci "Jurnalist binası”nda koronaviruslu xəstə aşkarlanıb.
Modern.az-ın məlumatına görə, bu gün səhər saatlarında təcili tibbi yardım briqadası polisin müşayiəti ilə binadakı mənzillərdən birində yaşayan jurnalist ailəsini karantinə alıb.