Kamran Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi

Baş prokuror Kamran Əliyevin prokurorluq orqanlarında çalışmışkürəkəninin hansı dövlət orqanında işə başladığı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Səbail rayon prokurorunun keçmiş müavini Orxan Nuriyevə Dövlət Təhlükəsizliyi Xidmətində vəzifə verilib.

Qeyd edək ki, Orxan Nuriyev2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəninin vəzifədən azad olunması barədə əmr imzalayıb.