Karantin rejimində toylar keçirilsin - TƏKLİF

"Toyların keçirilməsi məsələsi öz həllini tapmalıdır”.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, karantin rejimi dövründə toylar iki saat müddətində keçirilməlidir.

"İnsanlar xərc çəkiblər, toy gözləyirlər. Toylar iki saat müddətində, 50 nəfər iştirak etməklə və sosial məsafə gözlənilməklə keçirilə bilər”, - deyə F.Mustafa bildirib.