Siyəzən və Tərtər sakinlərində silah aşkarlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini A.Cəlilovdan müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi götürülüb. Bundan başqa, Tərtər RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakini E.Quliyevdən müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngi götürülüb
Elnarə Həziyeva