Leriklilərin problemləri həll olunur




Əziz Leriklilər,
Rayonumuzda olan problemlərlə bağlı olaraq bu il ərzində müvafiq müraciətlərimizə əsasən qaldırdığımız məsələrdən bir neçəsinin tezliklə öz həllini tapacağı xəbəri məni çox sevindirdi. Belə ki, rayonda Təhsil müəssələrinin tikintisi və təmiri, tibb müəssələrinin əsaslı təmiri, avtomobil yollarının tikintisi və yenidən qurulması ,yaşayış məntəqələrində eleltrik enerjisinin yaxşılaşdırılması, Rayon mərkəzində İdman sağlamlıq mərkəzininin tikintisi,kəndlərə qaz xəttinin çəkilməsi,istismar müddəti keçmiş yaşayış binalarının təmiri və bərpası , kəndlərdə su təminatının yaxşılaşdırılması.
Müraciətlərimizi nəzərə alaraq, müsbət münasibət bildirdikləri üçün Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova və Baş Nazirin müavini Şahin Mustafayevə həm öz adımdan, həm seçicilərim adından minnətdarlığımı bildirirəm. Yazdığım məktubun cavabını sizə təqdim edirəm.

İqbal Məmmədov 
Milli Məclisin deputatı