Leyla Əliyeva və Ombudsman faktoru




Son günlər sosial şəbəkələrdə Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy etməsi videosu geniş müzakirələrə səbəb oldu.
İctimai etirazların nəticəsi özünü çox gözlətmədi: akademik Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev məhkəmə qarşısına çıxarıldı və 15 sutka müddətinə inzibati həbs edildi. Bundan başqa, həmin toyda iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzova da partiya tərəfindən töhmət verildi.
Ombudsman – Parlament tərəfindən insan hüquq və azadlıqlarının müdafiəçisi kimi səlahiyyət verilən, dövlət funksiyalarının daşıyıcısı olan vəzifəli şəxslərin üzərində birbaşa parlament nəzarətini həyata keçirən, lakin onlar tərəfindən qəbul edilmiş qərarları dəyişdirmək hüququ olmayan, etibarlı və layiqli vəzifəli şəxs başa düşülür.Bu gün Ombudsman Səbinə Əliyevanın--İnsan hüquqlarına məsul şəxsin qayda pozmasının tərifi yoxdur,sadəcə heyrətamizdir. Çünki dövlətin qəbul etdiyi qərarların mütləq icra olunması vacibliyini Səbinə Əliyeva hamıdan daha gözəl bilir.
İctimai Nəzarət Koalisiyasınln aparat rəhbəri olaraq Pandemiya dövründə məmurların, ziyalıların, millət vəkillərinin cəmiyyət qarşısında da, dövlət qarşısında da təkcə hüquqi deyil, mənəvi məsuliyyəti dərk etməmələrini, ictimai qınaq edirəm.
Bugün hüquqlarımızın müdafəçisi olan Ombudsman vəzifəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər görən Leyla xanım Əliyevanın seçilməsinin təklifini verir və fikrimi Cənab Prezidentimiz İlham Əliyev hər zaman vurğuladığı fikir ilə bitirirəm " heç kəs toxunulmaz deyil, heç kəs özünü qanundan üstün saya bilməz. Azərbaycan hüquqi dövlətdir və hamı qanun qarşısında məsuliyyətini dərk etməlidir".

Aygül Bagırova
İNK Aparat rəhbəri