"Azərbaycan növbəti dəfə erməni terroru ilə üz-üzədir. Tarix boyu regionda qanlı hadisələr törətməklə regionda təhlükə mənbəyi olan Ermənistan bu dəfə layiqli cavabını alır və alacaq”. Bunu Milli Məclisin deputatı Madər Musayev cəbhədə baş verən hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, düşmən sivil vətəndaşlara atəş açmaqla bir daha öz çirkin niyyətini ortaya qoymuş oldu: "27 senytabrdan başlayaraq cəbhəyanı ərazilərdə yaşayan sadə vətəndaşlara atəş açan düşmənə Azərbaycan Ordusu layiqli cavablını verir. Hələ bu son deyil. Cənab Prezident İlham Əliyevin qətiyyəti nəticəsində Ordumuz Şuşanı, Xankəndini, Kəlbəcəri eləcədə digər işğal altında olan torpaqlarımızı düşməndən azad edəcək. Biz buna inanırıq. Bu gün hər bir kəsin ürəyi Azərbaycan Ordusu ilə döyünür. Vətənpərvərlik hissi, qələbə əzmi olduqca yüksək səviyyədədir. Qarşı tərəfdə isə əsgərlər döyüşmək istəmirlər”.
Millət
vəkili qeyd edib ki, həyata keçirilən əməliyyatlara beynəlxalq təşkilatlar öz
mövqeyini bildirməli, riyakar, terrorist Ermənistana qarşı sanksiyalar tətbiq
edilməli, Ermənistan beynəlxalq hüquq müstəvisində cəzalandırılmalıdır: "Tərtər
rayonunda eləcədə digər cəbhəboyu ərazilərdə düşmənin açdığı atəş nəticəsində
sivil vətəndaşlarımız şəhid olub. Dövlət əhəmiyyətli inzibati binalara ziyan dəyib.
Bütün bunlara beynəlxalq ictimayyət reaksiya verməlidir. Azərbaycan tərəfi dəfələrlə
bəyan edir ki, düşmənlə mübarizədə hədəf sivil vətəndaşlar deyil. Ancaq biz
bunun qarşı tərəfdə görmürük. Bu baxımdan istər ATƏT, istərsə də digər beynəlxalq
institutlar ən qısa zamanda məsələyə münasibət bildirməlidirlər.
Madər
Musayev sonda ölkə ictimayyətinə səslənib. Qeyd edib ki, bu gün kimliyindən
asılı olmayaraq hər bir kəs birlik nümayiş etdirməlidir. Qeyri-rəsmi məlumatlara
inanmaq, onu yaymaq yalnız düşmən dəyirmanına su tökməkdən başqa bir şey
deyil.